Biz kimik?

“Finivo Project” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin yanvar ayında təsis edilib və həmin vaxtdan etibarən fəaliyyət göstərir.

Şirkətimiz layihələndirmə, dizayn, təmir və tikinti xidmətlərini göstərmək üçün müvafiq lisenziyalara malikdir.

Belə ki, şirkətimiz bu müddət ərzində layihələndirmə, dizayn, təmir və tikinti bazarında kifayət qədər tanınaraq yerli biznes liderləri ilə yaxından əməkdaşlıq edir və bir sıra tanınmış şirkətlərə öz xidmətlərimizi göstəririk. Gördüyümüz işlərə Bakıda və rayonlarda yaşayış və qeyri-yaşayış, inzibati və ictimai binaların tam layihələndirilməsi, əsaslı tikintisi və təmiri kimi irimiqyaslı layihələrin icrası daxildir.

Şirkətimiz peşəkar işçi heyətinə malikdir. Hal-hazırda şirkətimizdə 95 nəfərdən artıq işçi heyəti çalışır. Əməkdaşlarımızın əksəriyyətini memarlar, dizaynerlər, smetaçı mühəndislər, mexaniki işlər üzrə mühəndislər, keyfiyyətə nəzarət üzrə mütəxəssislər, maliyyəçilər və digərləri təşkil edir.

Azərbaycanda bu sahədə aparıcı olmaq tək hədəfimizdir!

“Finivo Project” MMC-nin şirkət olaraq yaşı az olsa da bugünədək keyfiyyəti, səmərəliliyi, dəqiqliyi ön planda tutmuş, “Gözəl Dünya İnşa Edirik!” şüarı ilə icra etdiyi bütün layihələrin gözöxşayan olmasına xüsusi önəm vermişdir. Şirkətimiz ortaya qoyduğu nəticələrlə daim müştəri məmnunluğuna nail olmuş, sifarişçilərinin inamını və rəğbətini qazanmışdır.

Bizim missiyamız: Daşınmaz əmlak sahəsində tikinti, təmir, dizayn və layihələndirmə xidmətləri göstərmək, sifarişçiyə fayda və inam hissini təmin etmək.

Bu məqsədə çatmağın düsturu: Sərfəli, sürətli və səliqəli olmaq.

Bizim dəyərlərimiz: Məsuliyyət, yüksək peşəkarlıq, etibar, davamlı inkişaf.